Alimlər yapışan termometr hazırladı

Yaponiyalı tədqiqatçılar qrupu xüsusi mürəkkəbdən istifadə edən yapışan termometr hazırlayıb.
 
Tokio Universitetinin professoru Takao Someyanın rəhbərlik etdiyi qrup elektrik enerjisini ötürən yeni materiallar üzərində çalışır. Qrup tərəfindən tərkibində istiliyin təsiri ilə genişlənən maddələrin olduğu elektrik enerjisini ötürən mürəkkəb hazırlanıb. Tədqiqatçılar termometrdə istifadə edilən termoelementi yaratmaq üçün həmin mürəkkəbi polimer plyonka üzərinə çap ediblər. Həmin plyonkanı bədənin müəyyən yerlərinə yapışdırmaqla temperaturu müəyyən etmək olar.
 
Qrup üzvlərinin bildirdiyinə görə, yeni termometr üçün istifadə edilən materiallar çox ucuzdur və çap prosesi də sadəliyi ilə fərqlənir.

Google+ WhatsApp ok.ru