Alimlər planetimizdə 8-Cİ QİTƏNİ aşkarlayıb - FOTO 17 Fevral 2017 02:00 Maraq dünyası Amerikalı araşdırmaçılar belə qərara gəlib ki, planetimizdə 7 deyil, 8 qitə mövcuddur. Son araşdırmalara söykənən alimlər bildirir ki, Yeni Zellandiyanı əminliklə materik adlandırmaq olar. Bununla belə, onların sözlərinə görə, bura həmçinin Yeni Kaledoniya da aiddir. Məsələ burasındadır ki, bu iki ada bir qitə plitəsində yerləşirlər. Bir çox ekspertlər bundan əvvəl də Zellandiyaya qitə kimi baxmağa çağırmışdı. Onlar iddia edirdi ki, bu ada qrupu nə zamansa bir qurunun hissəsi olub. Yeni qitənin sahəsi 5mln. kv. m-dir. Ərazisinin təqribən 94 faizi suyun altındadır. Alimlər hesab edirlər ki, 100 milyon il əvvəl Zellandiya Qondvana superqitəsindən ayrılıb. Bu da Yer qabığının deformasiyasına gətirib, nəticədə materikin çox hissəsi suyun altında qalıb. Geoloqların öz iddialarını peyk müşahidələri, əsasən də qravimetriya ilə təsdiqləyirlər. Onların sözlərinə görə, Zellandiyanın yerində okean qabığı, yaxud vulkanik süxurlar deyil, materik yerləşir. Müəlliflər coğrafi qitələrin sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali və Cənubi Amerika) Zellandiyanı da əlavə etməklə 8-ə qaldırmağı təklif edir. Bununla belə, digər qrup alimlər bildirir ki, Zellandiyanı həqiqətən materik adlandırmaq mümkündür, ancaq həmkarları bunun üçün kifayət qədər dəlillər irəli sürməyib. (faktxeber) / Teqlər : #Alimlər planetimizdə 8Cİ QİTƏNİ aşkarlayıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cizgi filmindəki kadr reallaşdı: Toyuqları tutmaq üçün kombayn - VİDEO Xəbərdarlıq: bu kuklaları almayın, almısınızsa məhv edin