Alimlər eşşəkarılarına futbol oynamağı öyrətdi - VİDEO

Alimlər eşşəkarılarına futbol oynamağı öyrətdi - VİDEO

Böyük Britaniya alimləri eşşəkarıları ilə bağlı maraqlı tədiqat aparıb.
 
İslamazeri.az-ın “Science” jurnalına istinadən verdiyi xəbərə əsasən, Kraliça Mariya London Universitetinin alimləri həşəratların bir-birilərinə baxaraq, vərdiş öyrənə bildiyini sübut etmək üçün, eşşəkarılarına “futbol” oynamağı öyrədiblər.
 
Eşşəkarılarını “meydana” yerləşdiriblər. Həşəratlar orada top əvəzi kürəciyi mərkəzdəki “çuxura” diyirlətməlidirlər. Onlara”nümunə göstərmək” üçün, tədqiqatçılar ucu qara-sarı rəngdə olan çubuqdan istifadə ediblər. Qeydedilən rəng çalarındakı çubuq həşəratların çalarını təqlid edir.
 
Alimlər müəyyən ediblər ki, həşəratların öz yeni bacarıqlarını yoldaşlarına göstərə bilmələri üçün, bir neçə eşşəkarısına təlim vermək kifayət idi. Nəticədə bir müddət sonra öz “qohumlarının” və eksperimental çubuqların hərəkətlərini izləyən bütün eşşəkarıları “futbol” oynayaraq şirni qazanmağı öyrəniblər.
 
Müşahidə vasitəsilə təlim alma idrak prosesinin ən çətin formalarından biridir. Daha əvvəl hesab olunurdu ki, həşəratların bu cür öyrənmə qabiliyyəti yoxdur.
 

Google+ WhatsApp ok.ru