İşğalçı israil rejim qüvvələri fələstinlilərə hücum etdi, xəsarət alanlar var 29 Yanvar 2021 12:12 Fələstin İşğalçı İsrail rejim qüvvələri Nablusun Kafer Kaddum qəsəbəsində qanunsuz yəhudi məskunlaşmalarına qarşı etiraz edən fələstinlilərə hücum edib. Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu İordan çayının qərb sahilindəki Nablusun Kefer Kaddum qəsəbəsindəki Xalq Müqavimət Komitəsinin Koordinatoru Murad İsteyvi deyib. Onun sözlərinə görə, işğalçı rejim əsgərləri etiraz aksiyasında işitrak edən fələstinlilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bir fələsinlini yaralanıb. Çox sayda insan qazdan zəhərlənib. İşğalçı rejim qüvvələri 5 fələstinlini isə həbs edib. İşğalçı İsrial rejim 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məskənləri tikib. Bu yerlərdə məskunlaşan 400.000-dən çox Yəhudi köçkün Qərb Şəriyədə işğal altında yaşayan fələstinlilərin həyatını daha da çətinləşdirir. Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilərdə yerləşən bütün yəhudi məskənləri qanunsuz hesab olunur. Teqlər : #İşğalçı,#israil,#rejim,#qüvvələri,#fələstinlilərə,#hücum,#etdi,#xəsarət,#alanlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həmas: Müqavimət İsrailin istənilən hücumuna hazırdır Misir son 2 ayda ilk dəfə Qəzza ilə sərhədi açıb
Yəhudi sionist Beytləhmin şimalında avtobusu fələstinli fəhlələrin üzərinə sürüb, ölən və yaralananlar var