Allahşükür Paşazadə Səudiyyə kralının dəfninə gedib

Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüb.
 
Milli Məclisdən verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər.
 
Dəfn mərasimi bu gün keçiriləcək.

Google+ WhatsApp ok.ru