Allahşükür Paşazadə Mübariz Qurbanlı ilə QMİ və Dini Komitə arasında münasibətləri müzakirə edib 17 Fevral 2015 02:00 Ölkə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. QMİ mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, idarədə keçirilən görüşdə dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, müsəlman dini icmaları ilə əlaqələrin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə ümumi maraq kəsb edən məsələlər ətrafında da faydalı müzakirə və məşvərət edilib. Teqlər : #Allahşükür Paşazadə Mübariz Qurbanlı ilə QMİ və Dini Komitə arasında münasibətləri müzakirə edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Facebook` Azərbaycanın şikayətini qəbul etdi Qırğızıstan prezidenti Azərbaycana gəlir