Almaniyada anti-sionist aksiya

Almaniyada keçirilən etiraz aksiyasının iştirakçıları Qərbin Sionist rejimin cinayətləri qarşısında öz sükutuna son qoymasını istəyiblər.
Maide.az xəbər verir ki,  Almanlar çərşənbə günü ABŞ-ın Berlindəki səfirliyi önündə piket keçirərək, südəmər fələstinli körpənin sionistlər tərəfindən diri-diri yandırılmasını pisləyib və Qərbin sionist rejimin cinayətləri qarşısındakı sükutunu qınayıblar. 
Berlində yaşayan fələstinli qadınlar təşkilatı tərəfindən keçirilən bu aksiyada iştirak edənlər Qəzzə və Qərb Sahilində insan haqlarını kobud şəkildə pozmasına görə sionist rejimin boykot və bu rejimə qarşı sanksiyaların tətbiq edilməsini istəyiblər./

Google+ WhatsApp ok.ru