Almaniyanın daha bir əyalətində hicab qadağası götürüldü

Aşağı Saksonya əyalətində hicab sərbəst oldu.
Maide.az xəbər verir ki, Almaniya Federal Konstitusiya Məhkəməsinin qərarından sonra Aşağı Saksonya əyaləti də qadın müəllimələrin hicab bağlamasına icazə verib.
Məhkəmə bu ilin mart ayında müsəlman qadın müəllimələrə hicab bağlamağı qadağan etməyin konstitusiyaya zidd olduğu barədə qərar çıxarmışdı. 
Məhkəmə müsəlman müəllimələrə hicabı qadağan etməyin konstitusiyadakı dini azadlığa zidd olduğunu bildirib.
Artıq yeni qərardan görə, 3 sentyabrdan etibarən Aşağı saksonya əyalətində müsəlman müəllimələr sərbəst şəkildə hicab bağlaya biləcəklər.
Məsələ ilə bağlı gələn həftə əyalətdəki bütün məktəblərin məlumatlandırılacağı qeyd edilib.
Aşağı Saksonya Təhsil Nazirliyinin verdiyi məlumata görəə, bu əyalətdə İslam dərsi deyən 17 müəllimdən yalnız biri hicab bağlayır. //

Google+ WhatsApp ok.ru