Almaniya terrorçulara 50 milyon avro yardım edib

Almaniya terrorçulara 50 milyon avro yardım edib

Almaniya rəhbərliyi Suriyadakı terror qruplaşmalarına 50 milyon avro yardım edib.
 
Maide.Az "FaktXəbər"ə istinadla bildirir ki, bu barədə "Tagesspiegel" qəzeti yazıb.
 
Qəzetin yaydığı hesabata görə, Almaniya xarici işlər nazirinin müavini Uolter Lindner də deputat Evrim Sommere Berlinin Suriyadakı "müxalif qüvvələrə" on milyonlarla avro yardım etdiyini təsdiqləyib.
 
Almaniya 37,5 miyon avro humanitar yardım və yenidənqurma çərçivəsində silahlı qruplara yardım edib. Suriyadakı terrorçulara göndərilən ümumi məbləğ isə 50 milyon avro civarında olub.
 
Hesabatın dərc olunmasından sonra "Sputnik"a müsahibə verən Evrim Sommer, "Hökumət bu ödəməni açıq ifadə etmək istəmir, çünki Merkelin görüşdüyü silahlı qruplar Rusiya və Türkiyəni məmnun etməyə bilər",-deyə vurğulayıb.
 

Google+ WhatsApp ok.ru