İşğalçı İsrail: İranlı general bizim hədəfimizdə olmayıb

 
İranlı general İsrailin hədəfində olmayıb. İsrail elə düşünüb ki, nişan aldığı iki maşında İsrailə hücum etmək istəyən qruplaşma üzvləridir. Bu barədə "Reuters" agentliyinə  adının açıqlanmasını istəməyən İsraili təmsil edən rəsmi şəxs məlumat verib. 
Maide.az-ın məlumatına görə, O, çərşənbə axşamı bildirib ki, İsrail nə İranla, nə də "Hizbullah”la münasibətləri gərginləşdirməkdə maraqlı deyil. “Biz əminik ki, İran və Hizbullah bu hücuma reaksiya verəcəklər. Biz bunu gözləyirik, lakin düşünürük ki, gərginlik hər iki tərəfin xeyrinə deyil. Biz bu hücumun belə nəticələnəciyini gözləmirdik”
Agentlik yazıb ki, İsrail bu bəyanatı İran və Hizbullahdan gözlənilən hücumun qarşısını almaq üçün verib. 
Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") ın komandanı general-mayor Məhəmməd Əli Cəfəri Sionist terrorçularının  Suriyanın Quneytəra bölgəsində Hizbullaha məxsus nəqliyyat vasitələrinə hücum zamanı Sepah komandirlərindən olan general Məhəmmədəli Allahdadinin şəhid olması münasibəti ilə yayımladığı bəyanatda deyib ki, Sepah sionist rejimin tam məhv olacağı günə kimi mübarizəsini davam etdirəcək.
M.Cəfəri deyib ki, sionistrlər dağıdıcı Saiqə raketlərini gözləsinlər. Onlar bundan öncə bizim qəzəbimizi dadıblar. Sepah bu fasiq rejim regionun siyasi coğrafiyasından tam məhv olunanadək mübarizəni davam etdirəcək.
Xatırladaq ki, yanvarın 18-də Suriyanın Quneytəra bölgəsində İsrail helikopterləri Hizbullaha məxsus nəqliyyat vasitələrinə hava hücumu təşkil etmişdi. Şəhid olanlar arasında şəhid İmad Müğniyənin oğlu Cihad Müğniyə və İranlı general Məhəmmədəli Allahdadi də var idi. 
Sionist rejimin bu hücumuna Hizbullah da sərt reaksiya verib və Hizbullahın baş katibi  seyyid Həsən Nəsrullah İsraillilərə “Sığınacaqlarınızı hazırlayın” xəbərdarlığı edib. /
 
 

 

Google+ WhatsApp ok.ru