Altı aviareys təxirə salınıb

Altı aviareys təxirə salınıb

Bakıdan Naxçıvana və əks istiqamətdə yerinə yetirilməli olan aviareyslər ləğv olunub.
 
Naxçıvan-Bakı marşrutu üzrə reyslər bu gün müvafiq olaraq saat 13:30 və 18:20-də yerinə yetirilməli idi. Bakı-Naxçıvan marşrutu üzrə reyslər isə bu gün 10:00 və 14:50-də həyata keçirilməli idi.
 
Qeyd edək ki, qeyd edilən marşrut üzrə aviareysləri "Azərbaycan Hava Yolları" QSC (AZAL) yerinə yetirir.
 
Bununla yanaşı, Tehran-Bakı və Bakı-Tehran aviareysləri də təxirə salınıb. Aviareyslər İranın "Mahan Air" şirkəti tərəfindən bu gün müvafiq olaraq 15:30 və 16:45-də yerinə yetirilməli idi.
 
Aviareyslərin təxirə salınma səbəbləri açıqlanmır. (apa) /

Google+ WhatsApp ok.ru