Alyaskada 5,5 bal gücündə zəlzələ baş verib

Alyaskada 5,5 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Alyaska ştatının sahilində 5,5 bal gücündə zəlzələ baş verib.
 
Trend-in məlumatına görə, zəlzələ Bakı vaxtı ilı saat 6:11 Alyaskanın sahilində, Kuk körfəzində baş verib.
 
ABŞ Geoloji xidməti bildirib ki, yeraltı təkanların episentri Ankor Point yaşayış məntəqəsindən 42 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı təxminən 77 kilometr dərinlikdə yerləşib.
 
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.
 

Google+ WhatsApp ok.ru