Alınmayan maaş, ödənilməyən borc...

Alınmayan maaş, ödənilməyən borc...

Azadliq.info-da "Vətəndaş maaş almır, amma kommunal borcları ödəməlidir" sərlövhəli məqalədə müəllif ölkə vətəndaşlarının gündəlik məişət qayğılarını gündəmə daşıyır.
 
Müəllif yazır ki, Azərbaycandakı mövcud ağır sosial və iqtisadi vəziyyət əksər vətəndaşların həyatına təsirsiz ötüşməyib: "Ötən illərdəki həyat şəraitinə (O qədər də ürəkaçan deyildi və yalnız indiki vəziyyətlə müqayisədə nisbətən daha yaxşı idi) nəzər saldıqda, son vaxtlar sosial çətinliklərin daha da artdığı, gündəlik yaşamın çətinləşdiyi açıq-aşkar müşahidə olunur".
 
Müəllif qeyd edir ki, durmadan kəskinləşən işsizlik artıq köklü və həllolunmaz bir problemə çevrilib.
 
Yazıda deyilir ki, bir çox müəssisələrdə ya işçilər kütləvi ixtisar edilir, ya da öz hesablarına müddətsiz məzuniyyətə göndərilirlər: "İşləməyən vətəndaşın öz hesabına məzuniyyətə getməsinin hansı sosial və humanitar məntiqə uyğun olduğunu anlamaq çətindir".
 
Müəllif yazır ki, Azərbaycanda artıq işləyən insanlar da bir çox problemlərlə rastlaşır. Elə iş yerləri var ki, orada aylarla əmək haqları ödənilmir.
 
Yazıda vurğulanır ki, vətəndaş maaş almasa da, kommunal borcları ödəmək zorundadır: "Bunlar azmış kimi, ölkədəki korrupsiya, monopoliya, milli valyutanın kəskin dəyər itirməsi ilə başlayan kütləvi və nəzarətsiz qiymət artımı, siyasi fəalların həbsi hamını narahat edir". /

Google+ WhatsApp ok.ru