Şamaxıda şagirdlər məktəbdə soyuqdan donurlar - VİDEO

Şamaxıda şagirdlər məktəbdə soyuqdan donurlar - VİDEO

Havaların soyuq olduğu bu vaxtlarda məktəblərdə istilik sistemi necədir. Şamaxıda əksər təhsil ocaqlarında istilik məsələsi həll olunsa da bəzilərində problemlər var.
 
Şagirdlər siniflərdə gödəkçə ilə oturub, çantalarını açmağa belə ərinirlər. Səbəb siniflərin soyuq olmasıdır.
 
Qış havası dağlıq rayonlarda xüsusilə də məktəblərdə istilik problemini aktuallaşdırıb. Şaxtalı havanın hökm sürdüyü Şamaxıda bəzi məktəblərdə istilik sistemi qaydasında deyil. Şamaxı şəhəri 9 saylı orta məktəbdə siniflərin soyuq olması uşaqların davamiyyətinə mənfi təsir edir.
 
Məktəbin direktoru Xasay İsayev bildirir ki, məktəbi istiliklə təmin edən qazanxanada problem var.
 
Ümumilikdə Şamaxıda 71 təhsil ocağı var ki, onlardan 3 məktəb mərkəzləşdirilmiş qazanxana ilə isdilir. Qalanları 16-sı qazla, 9-u dizel yanacağı, 2-si elektirik cihazları ilə qızdırılır. Rayonda 42 məktəb odunla qızdırılır.(xezerxeber)
 

Google+ WhatsApp ok.ru