Amerikada Azərbayacana qarşı sanksiyalar yenidən gündəmə gəldi

Konqresmen Luiza Sloter (Nyu-Yorkdan demokrat) vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə Azərbaycann rəsmi şəxslərinə qarşı sanksiyanın tətbiqini nəzərdə tutan qanun layihəsinə qoşulan ilk Konqres üzvüdür.
 
“Azərbaycan Demokratiya Aktı” adlı bu qanun layihəsini (H.R.4264) ötən ilin sonlarında nüfuzlu konqresmen və Helsinki Komissiyasının rəhbəri Kristofer irəli sürüb.
Bakıda bu qanun layihəsi “erməniyönlü” adlandırılıb və Smitin 1915-ci il “erməni soyqırımı”nın tanınmasının lehinə çıxış etdiyi xatırladılıb.
Lakin L.Sloteri ermənipərəst mövqedə ittiham etmək çətindir, çünki o, hər zaman Azərbaycanı dəstəkləyib.
 
Çərşənbə günü K.Smit Bakıda onun ünvanına səslənən ittihamları şərh edib:
“Azərbaycan demokratiya aktı”nın ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır”, - o, fevralın 11-də Konqresin Helsinki Komissiyasının iclasında bildirib.
 
“Xədicə İsmayılova kimi jurnaıistlər də daxil olmaqla, bir çox insan öz araşdırmalarına görə həbs olunanda biz “Azərbaycan Demokratiya Aktı” kimi sənədləri qəbul edirik.
 
Ölkə parlamenti və Əliyev hökumətinin buna reaksiyası düşüncəsizliyin təzahürüdür, çünki onlar tamamilə həqiqətəuyğun olmayan fikirlər söylədilər. Əsasən bildirdilər ki, bu aktı ermənilər mənə sifariş ediblər.
 
Ermənilərin buna heç bir aidiyyatı yoxdur, bundan əlavə, bu qanun layihəsinin hazırlanmasından onların xəbəri olmayıb. Odur ki, parlamentdə (Azərbaycan), hökumətyönlü KİV və prezidentin mətbuat katibinin bu cür şeylər danışdığını eşidəndə düşünürəm ki, görəsən, başqa məsələlərdən nə qədər məlumatlıdırlar?”.
 
Bu qanun layihəsində məqsəd Azərbaycanda islahatlara təkan vermək, cinayət törətməyən insanları həbsdən azad etdirməkdir”, - o bildirib.
 
Burada jurnalist korrupsiya haqda və ya bu kimi başqa bir araşdırma aparanda mükafat alır, Azərbaycanda isə onları həbs edirlər, Smit vurğulayıb.
 
Dinləmələrdə iştirak edən ATƏT DTİHB rəhbəri Georq Link deyib: “Əgər siz müstəqil KİV-i məhv edirsinizsə, plüralizm yoxdursa cəmiyyətə dezinformasiya verilə bilər. Azərbaycan kimi ölkələr başa düşməlidir ki, insan hüquqları, demokratiya, azad seçkilər yoxdursa uzun müddət təhlükəsiz ola bilməzlər”.  contact  /

Google+ WhatsApp ok.ru