Amerikada polis və etirazçılar arasında gərgin anlar - FOTO- VİDEO

Amerikada polis və etirazçılar arasında gərgin anlar - FOTO- VİDEO

Amerika polisi bu ölkənin Şimali Dakota ştatından İllinoys ştatına çəkilən "Dakota Access" boru kəmərinin marşrutunun dəyişdirilməsi üçün aksiya keçirən etirazçıları dağıtmaq üçün su şırnaqlı avtomobillərdən istifadə edib. 
 
Maide.Az xəbər verir ki, etirazçıların sosial şəbəkələrdə yayımladığı fotolardan görsənir ki,  polis etirazçıları dağıtmaq üçün su şırnağı, gözyaşardıcı qaz və  plastik güllələrdən istifadə edir. 
 
Reutersin məlumatına görə,  polis ilə baş vermiş qarşıdurmada bir neçə nəfər etirazçı yaralanıb. 
 
Etiraz aksiyasında 400 dən çox insan iştirak edib. 
 
Qeyd edək ki, yerli əhali və ekoloqlar bir neçə aydır ki, Siu qəbiləsinin müqəddəs yerlərinə potensial təhlükə yaradacağını və su ehtiyatlarına zərər vuracağını əsas gətirərək boru kəmərinin tikintisinin əleyhinə çıxırlar. 
 
Xatırladaq ki, əvvəllər etirazçılar Şimali Dakotada dəmiryolunu bağlamışdılar. Avqust ayından bəri polis 470 nümayişçini saxlayıb.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru