Anomal istilər normaya çevriləcək 08 Noyabr 2016 02:00 Ölkə Hazırda qış və yay aylarındakı anomal istilər 2025-ci ilədək adi iqlim şəraitinə çevriləcək. Maide.Az xəbər verir ki,Trend-in məlumatına görə, bu barədə bir qrup alimin tədqiqatı “Bulletin of the American Meteorological Society” jurnalında yer alıb. Məqalədə qeyd olunur ki, bu hal həmin dövrədək parnik qazlarının tullantısının qarşısının alınmayacağı təqdirdə baş verəcək. Araşdırmalar onu da göstərib ki, bu vəziyyət ilk dövrlərdə bütün yer kürəsinə şamil olunmaya bilər. Alimlərin fikrincə, bu effektdən ilk növbədə Cənub yarımkürəsi – Antarktida və Avstraliya ziyan görə bilər. Məqalədə qeyd olunur ki, 2013-cü ildə Avstraliyada qeydə alınmış 50 dərəcəyə yaxın istilər növbəti onilliklərdə normaya çevriləcək. 2100-cü ilədək isə Yer kürəsinin 98 faizi anomal istilərə məruz qalacaq. Teqlər : #Anomal istilər normaya çevriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah `20 yanvar` stansiyasının təmirə bağlanan cıxışı açılır (FOTO) Zoologiya İnstitutu: İlanların kütləvi şəkildə görünməsinin səbəbi çaşbaş qalmalarıdır