ANS-in `Hesabat` verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb

""Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.
 
Bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.
 
Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.

Google+ WhatsApp ok.ru