AİP-in Astara rayon komitəsi iftar süfrəsi təşkil edib

AİP-in Astara rayon komitəsi iftar süfrəsi təşkil edib

Mübarək Ramazan ayı münasibəti ilə ölkənin bütün bölgələrində iftar süfrələri təşkil edilir, bu ayın fəzilətlərindən danışılır və dualar oxunur.
 
Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon şöbəsi də Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edib.  İslaminSesi məlumat verir ki, iftar süfrəsinə AİP rəhbərliyi və funksionerləri, komitə sədrləri, yerli inanclılar qatılıblar. İftar mərasimində müqəddəs Ramazan ayının bərəkətindən söz açılıb və dualar edilib. Həzrət Peyğəmbərdən nəql edilən qüdsi hədislərdə, orucluğun Allah-Taalaya aid olduğu və mükafatının da məhz Uca Allahın özü tərəfindən veriləcəyi bildirilib. 
 
İftar süfrəsi ətrafında çıxış edənlər Mübarək Ramazanda  Cənnət qapılarının ibadət əhli üçün açıldığını bildiriblər. Bu haqda hədislərin olduğunu dilə gətiriblər  Ramazanda möminlərin daha çox Quran oxumalarının və ibadət etmələrinin vacibliyini vurğulayıblar. İftar süfrəsi duaların oxunması ilə yekunlaşıb.
 

Google+ WhatsApp ok.ru