AİP-in mətbuat konfransı keçirməsinə imkan verilmədi -Yenilənib

(Akif Heydərlinin açıqlaması əlavə olunub )
 
Bu gün saat 11:00-da AİP-in BMM-də keçirmək istədiyi mətbuat konfransı baş tutmayıb
 
Maide.az xəbər verirki, bu gün Azərbaycan İslam Partiyasının Beynəlxalq Mətbuat Mərkəzində planlaşdırdığı mətbuat konfransı baş tutmayıb.
 
Mətbuat konfransının baş tutmaması ilə əlaqədar Maide.az-a açıqlama verən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, dünən 15.30-da zəng vurub, yerlə bağlı razılıq alıblar: "Bizə bu gün üçün saat 11.00-a yerə icazə verdilər. Bildirdilər ki, saat 12-yə kimi tədbir keçirə bilərik. Bu gün isə bildirdilər ki, bura bp şirkətinin icarəsindədir və onlar istənilən vaxt konfrans keçirə bilərlər. Biz onlardan nə üçün bu barədə bizə xəbər vermədikləri ilə maraqlandıq və cavab olaraq bildirdilər ki, zəng vurub deyiblər. Amma onların kimə zəng vurduqları məlum deyil. Çünki zəng vurduqları nömrə bizdən heç kəsə məxsus deyil. Xəbər vermədən bu cür tədbirin keçirilməsinə maneçili yaradılması başadüşülən deyil. Onların bəhanəsi əsassızdır. Əvvəl isə başqa bir bəhanə etmişdilər ki, guya bizdən kimsə zəng vurub tədbirin təxirə salınmasını bildirirdilər. Onlara zəng vuran nömrənin də sahibi bəlli deyil və bizdə belə bir nömrə yoxdur."

 

Google+ WhatsApp ok.ru