AİP-in sədr əvəzi Hacı İlham Əliyev Ramazan Bayramı münasibəti ilə xalqımızı təbrik edib

AİP-in sədr əvəzi Hacı İlham Əliyev Ramazan Bayramı münasibəti ilə xalqımızı təbrik edib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını, bütün İslam aləmini təbrik edib
.
Maide.Az-a  daxil olan təbrik məktubunda deyilir:
 
“ Bismilləhir- Rahmanir- Rahim
 
Əziz müsəlman qardaşlar və bacılar möminlər və möminələr, sizləri, başda İmam Zaman (ə.f) olmaqla hamımız üçün müqəddəs olan Ramazan Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Səmavi kitabların, həmçinin müqəddəs Qurani-Kərimin Qədr gecəsində nazil olduğu Ramazan ayının rəhmət və şəfqətlə dolu günlərini sizinlə birlikdə yaşadıq. Bu əziz günlərdə hüzurumuzu, ağrı-acımızı paylaşmağa, birliyimizi, qardaşlığımızı, dostluğumuzu dərindən hiss etməyə çalışdıq.
 
Bağışlanmaq, tövbə, dua ayı sayılan Ramazanda Allaha dönmək üçün əllərimizi bir daha açdıq və Böyük Yaradandan günahlarımızdan keçməyi dilədik. On bir ayın sultanı Ramazan məğfirət ayıdır. Allah-Təala bu ayda duaları qəbul edər, günahları bağışlayar, bizləri doğru yola çəkər, sevdiklərimizlə qovuşdurar, qəlbləri Quranın nuru ilə işıqlandırar. İnsanlarda rəhmət duyğularını oyadan bu ay bütün müsəlmanlar üçün həm də bir imtahandır. Ramazanın mühüm keyfiyyətlərindən biri ətrafa biganə qalmamağa, kasıba, mərəzlilərə, başsız körpələrə, şəhid ailələrinə əl uzatmağa, kömək etməyə çağırışdır. Allah-Təaladan diləyək ki, bizləri əziz Peyğəmbərimizin(s) tapşırdığı əmanətlərdən Qurani-Kərim və Əhli-Beytdən(ə) ayırmasın, yola saldığımız Ramazanın rəhmət və bərəkətini bizlərə nəsib etsin, bu bayramın feyzindən xalqımızı binəsib etməsin. Arzu edək və Allahdan istəyək ki, gələn Ramazan bayramına qədər İslamın bayrağı hər yerdə dalğalansın, müsəlmanlar vəhdət taparaq bütün çətinliklərini həll etsinlər, işğal altında qalan torpaqlarımız və bütün müsəlman torpaqları təcavüzlərdən azad olsun, xalqımız firavanlıq tapsın, zindanlarda haqsız yerə qalan mömin qardaşlarımız azadlığa qovuşsunlar inşaAllah. Bir daha əziz xalqımızı bu fitr bayramı münasibətilə təbrik edir, Allah-Təaladan bizləri gələn Ramazana qovuşdurmağı diləyirik. Amin!"
 

Google+ WhatsApp ok.ru