AİP ETİRAZ EDİR - BƏYANAT

AİP (Azərbaycan İslam Partiyası) İdarə Heytənin son toplantısında müzakirə olunan məsələlər içərisində Arif və Leyla Yunusların həbsi, onlara məhkəmə hökmü ilə ağır cəza verilməsinə münasibət də var idi.
 
Toplantı iştirakçıları Sülh və Demokratiya İnstitutunun (SDİ) təmsilçiləri barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli ittham hökmünün qeyri adekvat, ədalətsiz və qanunsuz cəza olduğunu bildirən bəyanat səsləndirmişlər. 
 
Bəyanatda qeyd olunmuşdur ki, Leyla Yunus və Arif Yunus ictimai-siyasi həyatda fəal hüququ məsələlərə obyektiv yanşmaları, haqqı pozulmuş vətəndaşların düzgün müdafiəsini təmin etmək cəhdləri, ölkədə siyasi məhbusların dəqiq müəyyənləşdirilməsi baxımından müstəsna mövqeləri ilə fədakar insanlar olub, hörmətə layiq idilər. 
 
İslamçılar bəyanatda sifarişli məhkəmə hökmünün qeyri humanistliyini pisləməklə, onlara qarşı qərəzli cəzaya görə, beynəlxalq təşkilatların əks təsir götəməkdə acizliyini də təəssüf hissi ilə qarşıladıqlarını dilə gətirmişlər. Sonda sənəddə bu insanların səhhətindəki problemlərin nəzərə alınması ilə onların təcili azadlığa buraxılmasını hakmiyyətədən tələb etmişdilər. islaminsesi.org/
 
 
 
Azərbaycan İslam Partiyası
2015-08-19
 

Google+ WhatsApp ok.ru