AİP lideri Mövsüm Səmədovun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirildi - FOTO-VİDEO (YENİLƏNİB)

* Video əlavə olunub.
 
Maide.az-ın məlumatına görə, sentyabrın 4-də Bakıda AİP lideri Mövsüm Səmədovun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ruhanilər, ictimai-siyasi xadimlər, media təmsilçiləri, hüquqmüdafiəçiləri və inanclılar iştirak ediblər.
 
Mərasimdə çıxış edən AİP-in sədr əvəzi İlham Əliyev, ruhani Hacı Əli Behişti, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, AXCP sədrinin müavini Nurəddin Məmmədli, QAT sədri Akif Nağı, hüquqmüdafiçi Qurban Məmmədov, ilahiyyatçı Zülfüqar Mikayılzadə, "Müsəlman Birliyi Hərəkatı"nın sədri ilahiyyatçı Hacı Tale Bağırzadə, AİP Qadınlar Şurasının sədri Növrəstə xanım İbrahimova, vəkil Anar Qasımlı və başqaları Mövsüm Səmədovun həyat yolundan, mənəviyyatından, onunla olan xatirələrindən, haqq uğrunda mübarizəsindən söz açıblar.
 
Vəhdətə çağırış edən natiqlər həmçinin bildiriblər ki, tədbirin AİP liderinin doğum günü münasibətilə təşkil edilməsinə baxmayaraq, bütün islamçı və vicdan məhbuslarıyla həmrəylik məqsədi daşıyır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru