AİP lideri Mövsüm Səmədov Məbəs Bayramı münasibətilə xalqımızı təbrik edib

AİP lideri Mövsüm Səmədov Məbəs bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubu dünən Məbəs Günü münasibəti ilə Azərbaycan İslam Partiyasının təşkilatçılığı keçirilən bayram tədbirində oxunub. İslaminSesi sözügedən təbrik məktubunun mətnini sizlərə təqdim edir.
 
“Əziz məclis iştirakçıları, mehriban qardaş və bacılarım, hamınızı salamlayıram. Mübarək Məbəs bayramı münasibətilə sizləri, bütün müsəlmanları başda İmam Zaman Ağa (ə.f.) olmaqla və onun haqq naibini, xüsusi olaraq şəhidpərvər, Əhli-beyt aşiqi olan əziz Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
 
Bizlərə bəllidir ki, peyğəmbərlərin əsas missiyası insanlara haqqı çatdırmaq və onları hər növ tağutdan çəkindirmək olub. Tarix boyu haqla batilin mübarizəsini biz də müşahidə etmişik. Bu gün xalqımız da bu mübarizəni yaşamaqdadır.
 
Cəmiyyətin dərdini çəkmək və bu yolda addımlamaq həmin besətin bizlərə olan böyük sifarişidir.
 
Düşünməməliyik ki, məhrumiyyət və sıxıntılarda biz nəyi isə itiririk, əksinə, İlahi tofiq və izzət bu yolla hasil olur. Əgər bir müsəlman yaşadığı cəmiyyətin müqəddəratına laqeyd olarsa, onda həmin cəmiyyətin ictimai həyatın bütün sferalarında giriftar olması labüddür. Bu gün cəmiyyətdə öz haqqını tələb etmək ruhiyyəsini yaşatmaq üçün ölkəmizin bütün digər siyasi partıyalarıyla bərabər AİP-in də böyük məsuliyyəti vardır.
 
Əziz məclis iştirakçıları, mən fürsətdən istifadə edərək doğma Qarabağ torpaqlarımız uğrunda vuruşaraq şəhid olan qardaşlarıma Xudavəndi-mutəal tərəfindən rəhmət və məğfirət diləyirəm. Ümidvaram ki, şəhidlərimizin Vətən uğrunda tökülmüş qanları xalqımızın başı üzərində olan daxili və xarici maneələrdən azad olmasına böyük səbəb olacaq.
 
"Nəsrun minəllah və fəthun qərib"
Allahın köməyilə qələbə yaxındır!
 
Hörmətlə: Hacı Mövsüm Səmədov

Google+ WhatsApp ok.ru