AİP lideri Mövsüm Səmədovdan xəbər var - Məhbuslar susuzluqdan əziyyət çəkir

AİP lideri Mövsüm Səmədovdan xəbər var - Məhbuslar susuzluqdan əziyyət çəkir

Vəkil Yalçın İmanov Qobustan Qapalı Tipli Təxridxanada AİP lideri Mövsüm Səmədovla görüşüb
 
Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Yalçın İmanovun sözlərinə görə müvəkkilinin səhhəti və əhval ruhiyyəsi qaydasındadır.
 
Vəkilin sözlərinə görə hazırda Qobustan həbsxanasında saxlanılan məhbuslar bir neçə gündür su çatışmazlığından əziyyət çəkir.
 
Səbəb isə həbsxanaya gələn suyun fasilələrlə və gündə cəmi bir neçə saat verilməsi ilə bağlıdır.
 
Yalçın İmanov onu da qeyd edib ki, məhbuslar gündəlik su ehtiyaclarını qarşılamaq üçün xüsusi su qablarından istifadə etmək məcburiyyətində qalıblar. /

Google+ WhatsApp ok.ru