AİP İmam Zaman(ə.c)-ın mövludu münasibəti ilə məhbus ailələrini təbrik edib

Bildiyimiz kimi qarşıdan müsəlmanların 12-ci imamı Həzrəti İmam Mehdinin(ə.c) mövlud günü yaxınlaşır. Hicri qəməri ayları ilə hər il şəban ayının 15-i, o həzrətin doğum günü dünyanın müsəlman ölkələrində böyük coşqu və sevgi ilə qeyd edilir. Əhalisinin 90%-dən çoxu müsəlman olan Azərbaycanda da sözügedən müqəddəs bayram günü böyük coşqu və məhəbbətlə keçirilir.  
 
Maide.Az  xəbər verir ki, bu gün münasibəti ilə Azərbaycan İslam Partiyası həbsdə olan məhbus ailələrini bayram sovqatı təqdim edərək, onları bu gözəl və müqəddəs gün münasibətilə ilə təbrik edib, ən xoş arzularını bölüşüb. Bütün məhbus ailələrinə Allahdan səbir diləyib. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru