'Sədərək'də satıcılar etiraz edir

'Sədərək'də satıcılar etiraz edir

"Sədərək" Ticarət Mərkəzində bir qrup sahibkar vergilərin yüksəlməsi səbəbindən mağazaları açmayıblar.

Faktxeber.com bu haqda sosial şəbəkələrdə yayılmış informasiyalara istinadən məlumat verir.  İş adamları yazır ki, vergi orqanları bir neçə gündür mağazaları yoxlayır və bütün əmlakı qeydiyyata alırlar. Qeydiyyata aldıqlarına görə də indiki pulun yox, yeni gələcək malın vergisini istəyirlər.

Sahibkarlar ticarət mərkəzinin baş ofisinin qarşısına toplaşaraq problemin həllini tələb edirlər. Sahibkarların etirazı haqda hər- hansı rəsmi məlumat hələ ki, verilməyib.

Google+ WhatsApp ok.ru