Apteklərdə qiymətlərlə bağlı böyük ədalətsizlik hökm sürür

 

Həkim tərəfindən yazılmış hər hansı bir reseptlə aptekə daxil olduqda maraqlı bir tendensiya ilə üzləşməli oluruq. Belə ki, reseptə uyğun olaraq eyni tərkibli və keyfiyyətə malik olan iki qiymətə dərman almaq mümkündür. Firma dərmanı olanlar və firma dərmanı olmayanlar. Hətta bəzi vaxtlar aradakı qiymət fərqi 50%-ə qədər özünü göstərir. Tutaq ki, reseptdə yazılan dərmanların qiyməti firma qiyməti ilə 200 manatdırsa, firma qiyməti olmayanlarla 80-100 manat edir. Bəs aradakı bu qədər qiymət fərqini doğan səbəb nədir? Sözügedən dərmanlar arasında hər hansı keyfiyyət və tərkib fərqi yoxdursa, onda qiymətlər niyə bu qədər fərqlidir? 

 

AzadXeber.net-in sualları ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov maraqlı və diqqət çəkən məqamlara toxundu. 

 

Hazırda apteklərdə qiymətlərlə bağlı böyük bir ədalətsizliyin hökm sürdüyünü söyləyən Eyyub bəy, “apteklərdə böyük ədalətsizlik hökm sürür. Ölkə ərazisində böyük firmaların xüsusi aptekləri var və həmin firmalar digər aptekləri sıradan çıxarmaq üçün öz obyektlərinə ucuz qiymətə dərman verirlər”, - deyə bildirdi: 

 

“Həmçinin dərman bazarında monopoliyanın da olması müşahidə edilir. Məhz prezidentin 14 yanvar 2011-ci il, 16 mart 2014 ildə çıxışında da ölkədə şişirdilmiş qiymətlərin mövcudluğunu qabartması heç də təsadüfü deyildi.”

 

Eyyub bəy onu da bildirdi ki, ən böyük problemlərimizdən biri də, həkimlərin müəyyən dərman firmaları ilə pul müqabilində işləməsidir: “Həkimlər xəstələrinə firma dərmanlarını yazmaqla tələbatı artırırlar. Əgər normal bazar şəraiti  və rəqabətlər yaradılsa qiymətlər xeyli aşağı düşər.”

 

Müsahib sonda qeyd etdi ki, dünya bazarında 30%-dən 60%-ə faizə qədər saxta dərman mövcuddur: 

 

“Azərbaycanda isə bu göstərici təxminən 4o%-dir. Səhiyyə nazirliyi bunu üçün müəyyən qədər mübarizə aparsa da ortalıqda heç bir nəticə yoxdur. Ümumiyyətlə ölkədəki həkimlərin müxtəlif distributorlarla müqavilə bağlaması, dərmanların keyfiyyətsizliyi, həkimlərin qeyri-peşəkarlığı xəstələrin xaricə üz tutmasına səbəb olub. Səhiyyə Nazirliyinin də öz işinə həddindən artıq laqeyd yanaşması və qaynar xəttinin lazımı formada işləməməsi problemlərin genişlənməsinə şərait yaradır.azadxeber /

Google+ WhatsApp ok.ru