Apteklərdə pensilin qeybə çıxıb - SƏBƏB

Apteklərdə pensilin qeybə çıxıb - SƏBƏB

 
 
Pensilin və pensilin qrupundan olan antibiotiklər apteklərdə tapılmır.  
 
Artıq bununla bağlı Lent.az-ın redaksiyasına bir neçə şikayət daxil olub. Şikayətçilərin dediklərinə görə, şəhərin bir çox apteklərində pensilin dərmanı tapmaq mümkün deyil.
 
Əczaçıların da dediyinə görə, pensilin və pensilin qrupuna aid olan antibiotiklər Ukraynadan gətirilir və qiymətlər tənzimlənəndən sonra onları gətirmək sərf etmir.
 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, dərmanların gətirilməsi işi Nazirliyin səlahiyyətinə aid deyil. Dərmanlar özəl şirkətlər tərəfindən gətirilir. /

Google+ WhatsApp ok.ru