ARAMA SONUÇLARI : 200 adet sonuç bulundu

Bu gün Bakınının üç rayonunda qaz olmayacaq

Bu gün Bakınının üç rayonunda qaz olmayacaq

Bu gün Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-dən Oxu.Az-a bildirilib. “Yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, - deyə qurumdan qeyd edilib.