Araz və Kür çaylarında suyun səviyyəsi nisbətən azalıb

Araz və Kür çaylarında suyun səviyyəsi nisbətən azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-350 faizini təşkil edir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SalamNews-a verilən məlumata görə, martın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 147 kubmetr olmaqla ongünlük normanın 61 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetr olmaqla ongünlük normanın 66 faizini təşkil edir.
 
Martın 3-də Kür çayının aşağı axınında вф suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra və Bankə məntəqəsində 11, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə 12 santimetr azalma qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 413, Şirvanda 319, Salyanda 270, Bankədə 207, Araz çayının Novruzlu məntəqəsində isə 138 santimetr təşkil edir.

Google+ WhatsApp ok.ru