`ARDNŞ-ın borcu Azərbaycanın xarici borcunu üstələyir`

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu ARDNŞ və Azərbaycan dövlətinin borc öhdəliklərindən yazıb. Musavat.com-un məlumatına görə, iqtisadçı alim ilk dəfə neft şirkətinin Azərbaycan dövlətindən çox borcu olduğunu qeyd edib:
 
"İlk dəfə olaraq ADRNŞ-nin borc öhdəlikləri Azərbaycan dövlətinin borc öhdəliklərindən çox olub.
ARDNŞ son 5 ildə ilk dəfə olaraq 2014-cü ilin maliyyə hesabatını ilin ikinci yarısından etibarən özünün internet səhifəsi vasitəsilə əlçatan edib. Maliyyə məlumatlarının təhlili göstərir ki, hesabat dövründə cəmi borclar 812 milyon manat artaraq 5 milyard 797 milyon manata çatıb. Borcların 2 milyard 212 milyon manatını qısamüddətli borc öhdəlikləri təşkil edib. Borcların struktur təhlili göstərir ki, 1 il ərzində artımın 91,4 faizi və ya 748 milyon manatı qısamüddətli borc öhdəlikləri olub. 
 
Müqayisə üçün qeyd edək ki, 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikasının xarici dövlət borcu 5 milyard 81 milyon manat olub ki, bu da ARDNŞ-nin borcundan 716 milyon manat azdır". musavat /

Google+ WhatsApp ok.ru