Arif Yunus bəyanat verdi

"Mənim adımdan xüsusilə Qarabağ cəbhəsində son hadisələr fonunda təxribat xarakterli məlumatların və ya yazıların yayılmasına hazır olun"
 
"Avqustun  3-də Azərbaycanın xüsusi xidmət orqanları adımdan təxribat xarakterli məlumatlar yaymaq üçün Facebook-dakı akkauntumu sındırmağa cəhd ediblər. Hələ ki bunun qarşısını ala bilmişəm".
 
Bu açıqlamanı öz Facebook səhifəsində Arif Yunus yayıb. 
 
Arif Yunus daha sonra yazır: "Ancaq xəbərdarlıq etməyə tələsirəm: son günlər Azərbaycan hakimiyyəti mənə və qızıma problem yaratmağa, həmçinin İnternetdə poçtumu sındırmağa çalışırlar. Bəlkə də, buna nail olacaqlar. Bəyan edirəm: mənim adımdan xüsusilə Qarabağ cəbhəsində son hadisələr fonunda təxribat xarakterli məlumatların və ya yazıların yayılmasına hazır olun. Azərbaycan hakimiyyətinin bu təxribatına uymayın".

Google+ WhatsApp ok.ru