Artmaqda olan problem - problemli kreditlər

Artmaqda olan problem - problemli kreditlər

"Exo" qəzetində isə "Azərbaycanda məhkəmələr özəl bankların iddiaları ilə dolub" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif problemin yaranmasını və səbəblərini hüquqşünas Elman Osmanovla araşdırır.
 
"Hazırda Azərbaycanda banklarla bağlı məhkəmə işlərinin çoxu problemli kreditlərin payına düşür. Məhkəmə qərarlarının əksəriyyəri də ədalətli deyil, belə ki, maliyyə qurumlarının xeyrinə çıxarılır". Bəhs edilən sahədəki durumu hüquqşünas qəzetə belə şərh edir.
 
E.Osmanov deyir ki, özəl banklar bəzən 30% olmaqla fiziki və hüquqi şəxslərə yüksək faizlə kreditlər veriblər, devalvasiyadan sonra manat dəyərsziləşib və kredit götürənlərin çoxunun borclarını qaytarmağa gücü çatmayıb, banklar isə müştərilərə qarşı qanunsuzluğa əl atıblar və bunu belə izah edir: "Mövcud qanunvericiliyə görə, belə hallarda bank borclunu ancaq məhkəməyə verə bilər, müştəriləri mülkiyyətini, avtomoblini satmağa məcbur edərək krediti ödəməyə məcbur edə bilməz, yəni, belə bir qərarı ancaq məhkəmə qəbul edə bilər".
 
E.Osmanov xatırladır ki, bu gün artıq təkcə banklar yox, bank olmayan kredit təşkilatları da öz müştərilərini məhkəməyə verir, indi bununla bağlı çoxsaylı işlər var ki, qarşılıq olaraq sadə vətəndaşlar həmin qurumları məhkəməyə veriblər: "Bu məsələdə vətəndaşlar bankların vəsaitlərini verməmələrindən, cərimə həcminin əsassız hesablanmasından, bankların əməkdaşlıq etdikləri kollektorların fəaliyyətindən narazılıq edirlər".
 
Hüquqşünas deyir ki, mənzil almaq üçün verilmiş kreditlərlə bağlı çoxsaylı mübahisəli işlər var, istehlakçılar keyfiyyətsiz maliyyə xidmətindən, demək olar ki, kütləvi şəkildə şikayət edirlər, ona görə də bank müştəriyə haqlı olduğunu sübut edə bilmirsə, o zaman bank müştərisi məhkəməyə müraciət etməldir.
 
Hüquqşünas məhkəmələrdə mübahisələndirmələrin iddiaçıya baha başa gəldiyini xatırladaraq deyir: "Hazırda banklarla və qeyri-bank kredit təşkilatları ilə bağlı məhkəmə işlərinin 70%-dən çoxu maliyyə qurumlarının təşəbbüsü ilə qaldırılıb. Faktiki olaraq təşkilatlar öz müştərilərindən şikayət edirlər və məhkəmə işlərinin çoxuna maliyyə qurumlarının xeyrinə baxılır".
 
Müəllif xatırladır ki, mövcud qanunvericiliyə görə, banklar 3 ay (90 gün) ərzində vaxtı keçmiş kreditlərin qaytarılması ilə bağlı müştərilərlə danışıqlar aparır, bu vaxt başa çatdıqdan sonra isə məhkəmələrə müraciət edirlər.
 
Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, hazırda ölkədə vaxtı keçmiş problemli kreditlərin payı 15%-ə çatır və bu il sentyabrın 1-nə 1 milyard 824 milyon manat təşkil edib.(contact)
 

Google+ WhatsApp ok.ru