Arzular, arzular, arzular...

Arzular, arzular, arzular...

"Yeni Müsavat" qəzetində isə "Azərbaycan Rusiyanın meyvə-tərəvəzə tələbatını ödəyə bilərmi?" sualı gündəmə daşınır.
 
Müəllifin yazmasına görə, bəzi rəsmi şəxslər bu günlərdə bildirib ki, Azərbaycan Rusiyanın meyvə-tərəvəz tələbatını ödəyə bilər. Amma bu məsələdə ekspertlərin mövqeyi rəsmi mövqedən kəskin şəkildə fərqlənir.
 
"Bu məsələ ilə bağlı rəsmi mövqe heç bir halda müsbət qiymətləndirilə bilməz. Rusiyanın illik heyvandarlıq və bitki məhsulları idxalı 9 milyard dollardan artıqdır. Meyvə-tərəvəz idxalı isə təxminən 4 milyard dollara yaxındır. Azərbaycanın meyvə-tərəvəz ixracı ümumilikdə 250-300 milyon dollardan artıq deyil", -deyə ekspert Rəşad Həsənov qeyd edib.
 
Ekspertin fikrincə, təkcə meyvə-tərəvəz məhsullarında arada təxminən 12-13 dəfə fərq var: "Rusiyanın idxalı ilə Azərbaycanın ümumi ixrac arasında fərq çox böyükdür. Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ümumdaxili məhsulun həcmi 3.5 milyard manata yaxındır. Əslində, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi həcmi Rusiyanın təkcə meyvə və tərəvəz idxalının həcmindən aşağıdır". /
 
Ekspert hesab edir ki, Azərbaycan Rusiyanın hansısa vilayətinin tələbatını ödəyə bilər.
 
Ekspert deyib ki, Rusiya bazarı cəlbedicidir. Ancaq iki ölkə sərhədində tez-tez müxtəlif problemlər yaşanır. Nəticədə Azərbaycan fermerləri qazanc əldə etmək əvəzinə ziyana düşürlər.

Google+ WhatsApp ok.ru