Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb 14 Dekabr 2017 02:00 Xəbərlər -- dəmir yolu xətti dekabrın .... Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti dekabrın 25-də istismara veriləcək. Madie.Az xəbər verir ki, bu barədə məlumatı İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri verib. O bildirib ki, tərəflər arasında gömrük qeydiyyatı, viza rejimi və İran Astarasında tikilən yük terminalından istifadə qaydaları haqqında da razılıq əldə olunub. Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsi ilə birləşdirəcək.(azertac) Teqlər : #Astara(İran)Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zariya faciəsindən 2 il keçdi - FOTO Putin: “Tramp Rusiya ilə bağlı seçkiöncəsi vədlərini yerinə yetirə bilmir”