Astarada qaz təchizatında məhdudiyyətlər olacaq

Astarada qaz təchizatında məhdudiyyətlər olacaq

Dekabrın 7-də saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.
 
Bu barədə Maide.Az-a SOCAR-dan məlumat verilib.
 
Məlumata əsasən, təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru