Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq

Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq

Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq.
 
Bu barədə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev məlumat verib.
 
Onun sözlərinə görə, gömrük keçid məntəqəsində gediş-gəlişin daha rahat təşkil olunması məqsədilə iş vaxtının uzadılması istiqamətində işlər görülür: “Hazırda gömrük işçiləri nahar fasiləsi olmadan çalışırlar. Zərurət yarandığı halda, qarşı tərəflə danışıqlar aparılaraq iş vaxtı da uzadılır”. (apa) /

Google+ WhatsApp ok.ru