Aşura günü Şəhidlər Xiyabanı COVİD-19 protokollarına uyğun ziyarət edildi - FOTO

Aşura günü Şəhidlər Xiyabanı COVİD-19 protokollarına uyğun ziyarət edildi - FOTO

Məhərrəm ayının 10-cu günü bütün müsəlman dünyasında Aşura günü olaraq qeyd edilir. Əba Əbdullah (ə) sevdalıları dünyanın hər guşəsində Kərbəla şəhidləri anır, rövzə və mərsiyə deyir, əzadarlıq keçirir.
 
Azərbaycanda da İmam Hüseyn (ə) aşiqləri bu müsibətli şəhadəti müxtəlif formalarda anıb, göz yaşları ilə Əhli-Beytin (ə) qəminə şərik olublar.
 
Hər il olduğu kimi, Şəhidlər Xiyabanı da ziyarət edilib. Ali məqamlı mərcəiyyətin tövsiyələrinə müvafiq surətdə, ziyarət COVİD-19 protokollarına uyğun olaraq sosial məsafə saxlamaqla, qoruyucu vasitələrlə həyata keçirilib.  Burada dualar edilib, əzadarlıq saxlanılıb. Ziyarətin sonunda Kərbəla şəhidləri, Qarabağ şəhidləri, müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimiz dualarla anılıb.
 

Maide.Az xəbər verir ki, mərasimdə ilahiyyatçı - alim və filosof Hacı İlqar İbrahimoğlu dualar etmiş, xalqımız və bütün islam dünyası üçün sülh, əminamanlıq və firavan həyat diləmiş. Şəhidlərimizin Kərbəla şəhidləri ilə məşhur olmasını Allahdan istəmişdir.  Hacı İlqar COVİD-19 pandemiyası yarandığı ilk gündən bu günə qədər sözü gedən pandemiya ilə əlaqədar davamlı surətdə mömin cəmiyyətlə maarifləndirici danışıqlar apardığı kimi bu gün də mərasimin baş tutduğu bu və digər  yerlərdə  COVİD-19 protokollarına uyğun olaraq rəftar etməyi dəfələrlə tövsiyə etmişdir. 

 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru