Aşura günü ilə bağlı sürücülərə müraciət

Aşura günü ilə bağlı sürücülərə müraciət

Yol polisi Aşura günü ilə bağlı sürücülərə müraciət etdi
 
Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək. Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
 
V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: “Sürücülərə tövsiyə edirik ki, məscidlərin ətrafında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”. /

Google+ WhatsApp ok.ru