Avro 5 avtobuslarımız gəldi

2015 Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta yeni avtobuslar gətirilir.
Movqe.az xəbər verir ki, ölkəyə gətirilən avtobuslar artıq Bakı-Qazax yolu boyunca düzülüb.
Onlardan paytaxtda sərnişindaşımada da istifadə ediləcəyi bildirilir.
"Çinar"- Trans MMC-nin direktoru Etibar Manafov paytaxta 30-dan çox yeni, Avro-5 standartlarına uyğun avtobusların gətirildiyini, ilk olaraq həmin avtobusların "88" saylı marşurut xətinə buraxılmasının nəzərdə tutulduğunu bildirib.
E. Manafovun sözlərinə görə, yeni avtobuslarda sərnişinlərin rahatlığına xidmət edən komfort sistem var: "Avtobuslar eniş-yoxuşda da tarazlığını saxlaya biləcək. Avtobuslarda kamera sistemi də var"./
 

Google+ WhatsApp ok.ru