Avropada islamafobiya ilə beynəlxalq mübarizə günü

Dekabrıb 13-ü Paris, Amsterdam, London və Brüseldə islamofobiyaya qarşı  beynəlxalq mübarizə günü ilə əlaqədar xüsusi aksiyalar keçiriləcək. 
Maide.az-ın məlumatına görə, bu günə hazırlıq olaraq Paris universiteti seminar və dəyirmi masa təşkil edilir. 
Hər gün müsəlmanlara qarşı hücumlar çoxalmaqdadır, bu təzyiqlər artıq həddi aşıb. Bütün bunları hərəkətə gətirən, islamofibiyanı daha da alovlandıran "terrorizmlə mübarizə" ideologiyasıdır.  Təxmini son 30 ildə, xüsusi ilə 2001-ci ildən Avropada islamofobiya geniş yayılıb. İslamofobiyaya etiraz olaraq Parisdə keçirilən birinci nümayiş ugurla həyata keçmişdir, bu il də həmin gündə, dekabrın 13 növbəti aksiya keçiriləcək. 
Məlumata əsasən, islamofobiya ilə beynəlxalq mübarizə günündə sadə vətəndaşlarla yanaşı ictimai simalarda aksiyada iştirak edəcəklər.  //

Google+ WhatsApp ok.ru