Avropa Məhkəməsi «Qış Bulvarı»na görə Azərbaycanı cərimələdi

Bu gün «Qış Bulvarı» (Qış parkı) ucbatından ev-eşiklərindən məhrum olmuşlar ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qərarı (http://hudoc.echr.coe.int/eng… ) qəbul edilib.
 
Maide.az xəbər verir ki, vəkil Fuad Ağayev Facebook səhifəsində yazıb ki, Nuriyə Xalikovanın ərizəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun Avropa İnsan Hüquqları və Əsas Azadlıqlar Konvensiyasının 5-ci (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələri, eləcə də həmin Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə nəzərdə tutulmuş hüquqları pozulub.
 
Maddi zərərə görə 45 000, mənəvi zərərə görə 15 000, xərclərə görə 2 500 Avro məbləğində təzminat müəyyən olunub.
 
Xatırladaq ki, Bakıda "Qış bulvarı" kimi tanınan parkın ərazisindən (Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələri) 2009-2012-ci illərdə 5 minədək ailə köçürülüb. Ailələrə o vaxt hər kvadratmetr yaşayış sahəsi üçün 1500 manat (1900 dollar) kompensasiya verilirdi.
 

Google+ WhatsApp ok.ru