Avropa Oyunları ilə bağlı bəzi ödənişli parkinqlər işləməyəcək

Bakıda mayın 29-dan etibarən Avropa Oyunlarının hərəkət marşrutuna aid olan mərkəzi küçələrdə parkomatlar işləməyəcək.
 
Bunu Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev bildirib.
 
Həsən Abdullayevin sözlərinə görə, sürücülər I Avropa Oyunları zamanı da parkomat olan yerlərdə avtomobil saxlaya biləcəklər.
 
Şəhərin bəzi mərkəzi küçələrində isə I Avropa Oyunları ilə bağlı yol yaxınlığındakı parkomatlar yarışlar zamanı müvəqqəti işləməyəcək. 
 
Hazırda müvafiq yollarda pullu parkinq xidməti nişanları çıxarılıb, onların yerinə “dayanma, durma qadağandır” nişanları qoyulub.
 
İdarənin rəisi qeyd edib ki, iyul ayının əvvəlində pullu parkinq xidməti nişanları yerinə qaytarılacaq və parkomatlar işə salınacaq.
 
Qeyd edək ki, dayanma, durma və parklanma qaydalarının pozulmasına görə nəqliyyat vasitəsi təxliyyə olunur və sürücülər İnzibati Xətalar Məcəlləsinin 158-1 maddəsinə əsasən 20 manat məbləğində cərimə olunur.(oxu.az)

Google+ WhatsApp ok.ru