Avropa İttifaqı azərbaycanlıları bahalaşma ilə qorxudur

Bu gün “Park İnn” otelində Avropa İttifaqının maliyyə dəstəyi ilə Böyük Britaniyanın “Oxfam” Beynəlxalq Humanitar Təşkilatının həyata keçirdiyi “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda tədqiqat işinin təqdimatı keçirilib.
"Turan"-ın məlumatına görə, mərasimdə beynəlxalq və yerli ekspertlər, Azərbaycanın rəsmi qurumlarının təmsilçiləri iştirak ediblər.
“Ərzaq təhlükəsizliyi çox mühümdür. Manatın ucuzlaşması ərzaq təhlükəsizliyinə, qiymətlərə təsir edəcək. Azərbaycanda ailələr gəlirlərinin 80 fazini ərzağa sərf edir. Doğrudur, Neft Fondunda ehtiyatlar var. Buna baxmayaraq, Mərkəzi Bankın apardığı siyasət əhalinin sosial durumuna təsirsiz ötüşməyəcək”, - deyə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməliyyatlar şöbəsinin meneceri Olaf Heydelbax qeyd edib.
Düzdür, tədqiqatçı Elxan Mikayılov xatırladıb ki, Azərbaycan bitkiçilik məhsulları olan arpa, meyvə, paxlalılar, kartof, tərəvəz, bostan məhsulları, heyvandarlıq məhsullarından mal, qoyun əti, süd məhsulları, sənaye məhsullarından isə süd və qaymaq, un, pendir, mineral və qazlı sular sahəsində özünü təminetmə səviyyəsindədir. Bu sahələr üzrə əksər məhsullarda özünü təminetmə 80 fazidən yuxarıdır.
Ancaq ekspert onu da bildirib ki, idxalda xammal asılılığı yüksəkdir: “Şəkər və şəkərdən hazırlanmış qənnadı məhsulları üzrə özünü təminetmə yüksək görünsə də, bu məhsulların xammalı üzrə idxaldan asılılıq 95 faizdir. Xam süd üzrə idxaldan asılılıq 24 faizdir. İdxaldan asılılıq 2013-cü ildə buğdada 44, qarğıdalıda 40, sair dənli bitkilərdə 97, kərə yağında 50, balıqda 28, düyüdə 85, şəkərdə 95, çayda 100, bitki yağında 80, duzda 22 faiz olub. Ümumilikdə 2013-cü ildə Azərbaycanın ərzaqla özünü təminetmə səviyyəsi 81,2, idxaldan asılılıq 22 fazi olub”.
Tədqiqatlara görə, Azərbaycanın ərzaq təhlükəsizliyi üzrə risklər Rusiya (taxıl), Qazaxıstan (taxıl), Braziliya (çəkər), Şri-Lanka (çay) kimi ölkələrdəndir.
Azərbaycan isə öz məhsularını əsasən MDB ölkələrinə ixrac edir. Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinə ixracda ərzaq məhsulları cəmi 0,1 faiz təşkil edir. Qonşu Türkiyəyə isə ümumiyyətlə ərzaq ixrac etmirik. /

Google+ WhatsApp ok.ru