Avstraliyada qripdən ölənlərin sayı 13-ə çatıb

Avstraliyada qripdən ölənlərin sayı 13-ə çatıb

Avstraliyanın Tazmaniya əyalətindəki ahıllar evində daha 6 nəfər qripdən ölüb.
 
Trend-in məlumatına görə, dünən Sağlıq və İnsan xidmətləri Departamenti Vanqaratta şəhərində də 70-94 yaş arası 7 nəfərin bu xəstəlikdən öldüyünü açıqlamışdı.
 
Qeyd edək ki, bu il Tazmaniya əyalətində qrip virusunun geniş yayıldığı və yaşlı insanların da virusa qarşı müqavimətsiz olduğundan xəstəliyi daha tez yoluxduğu deyilir. Rəsmilər ahıllar evində daha bir neçə yaşlının sağalmadığını, bir həftə boyunca binaya kənar şəxslərin girişinin qadağan edildiyini bildirib.
 

Google+ WhatsApp ok.ru