Avstriyada müsəlman əhali 2 dəfə artıb 09 Avqust 2017 01:00 Xəbərlər Müsəlmanlara qarşı İslamofobik davranışlarla gündəmə gələn Avstriyada müsəlman əhalinin sayının artımı artıq narahatlıq yaratmağa başlayıb. Avstriyanın ən çox baxılan xəbər kanallarından olan Servus TV 2001-ci ildən etibarən ölkədəki müsəlmanların sayının iki dəfə artdığını bildirib. Servus TV-də verilən analitik proqramda, 30 il sonra müsəlmanların Avstriyada xristianlarla bərabər saya malik olacağı vurğulanıb. Avropada hal-hazırda 44 milyon 138 min müsəlman yaşayır. Bu rəqəm 2030-cu ildə 58 milyon 209 minə çatacaq və qitənin əhalisinin 8%-ni təşkil edəcək. Həmçinin bu rəqəmlə Avropa qitəsi hazırda olduğu kimi dünyadakı müsəlmanların 2.7%-ni təşkil etməyə davam edəcək. Miqrasiyalar səbəbilə müsəlman əhalinin sayında ən çox artım qərbi və şimali Avropada müşahidə ediləcək. Məsələn, Böyük Britaniyada bu gün ölkə əhalisinin 4.2%-ni təşkil edən müsəlmanlar, 2030-cu ildə 8.2%-ə yüksələcək. Avstriya, İsveç, Belçika, Fransa kimi ölkələr də müsəlman əhalinin ciddi səviyyədə artması nəzərdə tutulan ölkələr arasındadır.(deyerler) Teqlər : #Avstriyada müsəlman əhali 2 dəfə artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsti havada avtomobilinizdə bunlara diqqət edin - Yolda qalmayın... Azərbaycanda kərə yağı bahalaşır