Avtobus dərəyə aşdı, 19 nəfər həlak oldu

Avtobus dərəyə aşdı, 19 nəfər həlak oldu

İranda  avtobus dərəyə aşdı, 19 nəfər həlak oldu, 30 nəfər yaralandı. 
 
Maide.Az xəbər verir ki, Kirman əyalətindən  Fars əyaləti istiqamətində hərəkət edən  sərnişin avtobusu  Layruz perevalında yerli vaxtla saat 01:30 radələrində dərəyə aşıb. 
 
Hadisə zamanı yaralanan şəxslər Ney Riz şəhər xəstəxanasına çatdırılıblar. 
 
Digər bir məlumata görə, ötən axşam Şiraz şəhərinin Maharlu gölü yaxınlığında da sərnişin avtobusu idarəetməni itirib və yoldan çıxıb. Bu hadisə zamanı da 47 nəfər yaralanıb. 
Avtobusun sərnişinlərinin gənc əsgərlər olduğu bildirilir. 
 

Google+ WhatsApp ok.ru