Avtobus sürücülərinə yeni sərt tələblər

Avtobus sürücülərinə yeni sərt tələblər

 
Sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücülərinə sərt tələblər gəlir. Ölkə parlamenti “Yol Hərəkəti haqqında” qanuna bununla bağlı dəyişikliklər etməyə hazırlaşır.
 
Bu haqda deputat Vüsal Hüseynov Trend-ə açıqlamasında bildirib.
 
Dəyişiklik təklifində “D” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməkdən ötrü yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə 24-dən 26-ya qaldırılır. Bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etməkdən ötrü maksimum yaş həddi 65 müəyyən edilir.
 
“D” kateqoriyasına sərnişin daşınmasında nəzərdə tutulan və sürücüdən əlavə oturacaq yerlərinin sayı 8-dən artıq quraşdırılan, qoşqusunun maksimum kütləsi 750 kq-dan çox olmayan avtomobillər daxildir.
 
“DE” kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq avtomobillər aid edilir. /

Google+ WhatsApp ok.ru