Axşama qədər bu yollarda hərəkət məhdudlaşdırılacaq 11 İyun 2018 01:00 Ölkə -- Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və... Paytaxtın Nefçilər prospekti istiqamətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Maide.Az xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq. Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Teqlər : #Axşama qədər bu yollarda hərəkət məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İyunun 14-də I sinfə qəbulun ilk mərhələsi yekunlaşır Bakıda bəzi avtobus marşrutları BAĞLANIR